Gəncə terrorunda anasını itirən Hüseyn

  • 20.10.2020
  • 0

Gecə yatarkən yuxuda erməni terroruna məruz qalan və bu hadisədə valideynlərini itirən Sevil və Hüseynin psixoloji müalicəsi davam edir. BiG.AZ xəbər verir ki, Sonxeber.az zərərçəkmiş uşaqlara psixoloji dəstək verən psixoloq Xatirə Səfərova ilə əlaqə yaradıb: "Hüseynin hər sözünün əvvəli və axırı anası ilə hər hansısa bir yolla kontakt qurmaqdır. Nəticədə təxəyyülündə özündən birini də Mars planetində yaradır. Marsda olan Hüseyn anası ilə birlikdədir, yerdə olan Hüseyn isə bacısı Sevilin yanındadır. Hüseyn anası ilə danışmaq üçün hansısa bir aparat icad etmək istəyir və bunun üçün ona gözəl bir pişik lazımdır. Mən onun heyvan sevgisinə həm sevindim, həm də fantaziyasına, məntiqinə heyran oldum. Dolayı yolla gözəl bir pişiyi sevib ona anasının özünə ötürdüyü sevgini ötürməkdir". Qeyd edək ki, Gəncə hadisələrində baş vermiş erməni terrorunun zərərçəkmişlərilə "Təmiz Dünya" ictimai birliyinin psixoloqu məşğul olur.

Nə düşünürsən?