Qızını öldürən ana intihara cəhd etdi

  • 19.10.2020
  • 483 baxış
  • 0

Rusiyada həddindən artıq antidepressant qəbul edən 35 yaşlı Natalya Petunina 4 yaşlı qızı Lizanın başına dəfələrlə çəkiclə vuraraq öldürüb. BiG.AZ haberler.com-a istinadən xəbər verir ki, daha sonra intihara cəhd edərək ağır yaralanan ana sağ qalıb. Belə ki, nahar yeməyinə evə gələn Vladimir arvadı Natalya və qızı Lizanı qan içində tapdıqda dərhal polis və təcili tibbi yardım çağırıb. 4 yaşlı uşaq aldığı zərbələrdən dünyasını dəyişib. Antidepressantların təsiri altında qızını öldürən ana dərmanların təsiri keçdikdə nə etdiyini anlayıb və intihar etmək istəyib. Hazırda xəstəxanada olan qadına qarşı cinayət işi açılıb. Günahı təsbit edildiyi təqdirdə ana 20 il həbs cəzasına məhkum edilə bilər.

Ən son xəbərlər üçün Telegram kanalımızı izləyin

Nə düşünürsən?