ÜST rəsmisindən xəbərdarlıq

  • 17.10.2020
  • 0

Son günlər bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda yeni növ koronavirus infeksiyasına yoluxma hallarında kəskin artım müşahidə olunmaqdadır. Bu səbəbdən mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində bir sıra məhdudiyyətlərin tətbiq olunmasına qərar verilib. Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı ölkəmizdə və dünyada COVID-19-la bağlı vəziyyətə aydınlıq gətirib. "Son günlər Azərbaycanda COVİD-19-a yoluxanların sayında yay ayları ilə müqaisədə kəskin artım qeydə alınır. Azərbaycan hökumətinin qabaqlayıcı tədbirlərinə baxmayaraq, havaların soyuması virusla mübarizəni çətinləşdirir". Bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib. Onun sözlərinə görə, yoluxma sayında sürətli artımın qeydə alınması vətəndaşların sosial məsafə və epidemioloji vəziyyətə düzgün riayət etməmələri ilə bağlıdır. Azərbaycanda sanitar-epidemioloji vəziyyətin ciddi nəzarətdə olması Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən müsbət qiymətləndirilir. Hande Harmancı bildirib ki, hökumətin koronavirusa yoluxan aktiv xəstə sayı və yoluxma sürətini əsas götürülməklə yenidən məhdudiyyətlər tətbiq etməsi virusun yayılma surətini azaldacaq.

Nə düşünürsən?