Bakı şəhər DYP- idarəsindən BİLDİRİŞ

  • 16.10.2020
  • 35 baxış
  • 0

Bakı şəhəri BPİ Dövlət Yol Polisi İdarəsinin bildirişi. Bu barədə idarənin bölmə rəisi polis polkovniki Vaqif Əsədov Patrul.az - a açıqlama verib. Diqqətli olun! Azərbaycan Respublikasının Prezidentinin 27 sentyabr 2020-ci il tarixli fərmanı ilə Respublikanın bütün ərazisində 2020-ci il 28 sentyabr saat 00:00-dan hərbi vəziyyət elan edilmiş, həmçinin həmin fərmana əsasən Respublikanın bir sıra şəhər və rayonlarında, o cümlədən, paytaxt Bakı şəhərində hərbi vəziyyət dövründə saat 21:00-dan 06:00-dək komendant saatı tətbiq olunur. Qeyd olunan dövr ərzində ermənistan tərəfindən Ölkədəki ictimai sabitliyi, təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyət orqanları tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə terror aktları və təxribarlar törədilməsi ehtimalı ilə bağlı dövlət təhlükəsizliyi orqanlarına məlumatlar daxil olmuşdur. Bununla əlaqədar təşvişə düşmədən ayıq-sayıq olmanız, insanların sıx cəmləşdiyi ərazilərdə, ictimai nəqliyyatda, eyni zamanda rəhbərlik etdiyiniz idarə və təşkilatlarda, həmçinin mülkiyyətinizdə və istifadənizdə olan nəqliyyat vasitələrində və ətrafında şübhəli şəxslər, bağlamalar və ya şübhə doğuran hər hansı bir əşya müşahidə etdikdə dərhal DİN-in "102" xidmətinə, eləcə də yaxınlıqdakı polis orqanlarına və əməkdaşlarina məlumat verməyiniz xahiş olunur.

Nə düşünürsən?