Türkiyədən “S-400”-lərlə bağlı kritik qərar

  • 16.10.2020
  • 817 baxış
  • 0

Türkiyənin Sinopda NAVTEX elan etməsi və bölgənin hava məkanını bağlaması “S-400” hava hücumundan müdafiə sistemlərini sınaqdan keçirəcəyi ehtimallarını gücləndirib. Teleqraf.com xəbər verir ki, bu barədə “Röyter” agentliyi məlumat yayıb. Bildirilib ki, Türkiyə Müdafiə Nazirliyi 16-17 oktyabr tarixlərində bölgədə sınaqların keçiriləcəyi barədə aidiyyəti qurumları məlumatlandırıb. Türkiyənin “S-400” raketlərini təxminən 6 saatlıq bir müddətdə radar testindən keçirəcəyi iddia edilib.

Nə düşünürsən?