“Azərişıq” Rus Borisi kəndində yenidənqurma işlərinə start verib

  • 16.10.2020
  • 0

“Azərişıq” ASC Goranboy EŞ –nin xidməti ərazisində yerləşən Rus Borisi kəndində yenidənqurma işlərinə start verib. Unikal.org xəbər verir ki, ilk dəfə 1949- cu ildə elektrik enerjisi ilə təchiz edilən Rus Borisi kəndinin hazırda 202 abonenti var. Yenidənqurma işləri görülməsi üçün əraziyə metal dayaqlar, kabellər, anker sıxaclar və s. mal- materal göndərilib. Rus Borisi kəndi 2004 –cü ildə quraşdırılan 35/10 kV-lıq Gülüstan y/st – dan qidalanır.

Nə düşünürsən?