Qapıçı 1 zərbə ilə 2 futbolçunu zədələdi, cəzalanmadı

  • 15.10.2020
  • 0

Braziliya çempionatının "Palmeyras"la "Koritiba" (1-3) arasında baş tutan matçında maraqlı epizod yaşanıb. Offsideplus.az xəbər verir ki, "Palmeyras"ın qapıçısı Veverton da Silva ikinci qoldan sonra topu tordan çıxararkən ənənəvi olaraq onu zərbə ilə meydanın mərkəzinə doğru vurmaq istəyib. Bu zaman top qolu qeyd edən oyunçulardan birinin başına tuş gəlib. Onun başı isə komanda yoldaşının sifətinə dəyib. Nəticədə hər iki futbolçu zədələnib. Vevertonun bunu bilərəkdən etmədiyi qənaətinə gələn matçın baş hakimi qapıçını cəzalandırmayıb.

Nə düşünürsən?