"Niyə qudurmusan, ay köpəyoğlu?" - Erməni qadın Paşinyana

  • 15.10.2020
  • 0

Azərbaycanda yaşayan 78 yaşlı Tovuz sakini Alvina Marqosyan Ermənistanın baş naziri Nikol Paşinyan və erməni xalqına səslənib. Metbuat.az xəbər verir ki, deyir ki, Alvina nənə erməni olsa da Tovuza köçən gündən özünü azərbaycanlı hesab edir. Bu gün Azərbaycanın haqq davasını, Böyük Vətən müharibəsini anbaan izləyən Alvina Marqosyan erməni xalqını Nikol Paşinyanın hiyləsinə uymamağı çağırır. Erməni əsgərinə isə "ölmək istəmirsənsə, Azərbaycanın əzəli dədə-baba torpaqlarından geri çəkil" deyir. Alvina Marqosyan Nikol Paşinyanı Adolf Hitlerlə müqayisə edir. Ahıl yaşlı qadın deyir ki, haqq döyüşü aparan Azərbaycan ordusuna uğur diləyərək sonuncu arzusunu da bizimlə bölüşüb. O, deyir ki, Qarabağı tamlığı ilə azad görməmiş ölmək istəmir. Arzu edir ki, son nəfəsinədək Qarabağın dilbər güşəsi Şuşada yaşasın.

Nə düşünürsən?