Azərbaycanın yanında olacağıq - Ərdoğanın sözçüsü

  • 14.10.2020
  • 0

Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın “Haber Global”a müsahibəsində Türkiyə ilə Azərbaycanın tək millət, iki dövlət olmasını bir daha vurğulayıb. Unikal.org xəbər verir ki, onun sözlərinə görə, Türkiyənin Azərbaycanı dəstəkləməsi normaldır: “Bizim Azərbaycanla illərdir hərbi müqavilələrimiz var. Bir çox azərbaycanlı hərbçilər Türkiyədə təhsillərini davam etdirirlər”. O qeyd edib ki, Türkiyə Azərbaycanı hər zaman dəstəkləyib və buna davam edəcək: “Türkiyə bütün qurumları ilə Azərbaycanın yanında olacaq. Qərb dövlətləri bunu anlamalıdır”.

Nə düşünürsən?