"Cəzasız qalma yeni hərbi cinayətləri törətməyə imkan yaradır"

  • 14.10.2020
  • 0

Moldovanın NOİ.MD informasiya portalında Azərbaycanın Moldovadakı səfirliyinin açıqlaması yayımlanıb. "Azərbaycan:" Cəzasız qalma yeni hərbi cinayətləri törətməyə imkan yaradır" başlıqlı yazıda bildirilir ki, humanitar atəşkəsi pozan və bu atəşkəsin arxasında gizlənən Ermənistan, Gəncənin əhalisinin sıx məskunlaşdığı yaşayış hissəsini atəşə tutub. “Ermənistan Azərbaycan mülki vətəndaşlarına hücum etmək üçün humanitar atəşkəsin arxasında gizlənir”, - deyə Azərbaycan Respublikasının Moldova Respublikasındakı Səfirliyinin bəyanatında ​​bildirilir. Bundan əlavə bəyanatda bildirilir ki, 10 oktyabr saat 12:00-da atəşkəsin qüvvəyə minməsindən yarım saat sonra, 12:30-da Azərbaycan Müdafiə Nazirliyi Tərtər və Ağdam bölgələrini düşmən tərəfindən atəşə tutulması ilə bağlı təcili məlumat verib. Düşmənin silahlı qüvvələrinin birləşmələri cəbhənin müxtəlif istiqamətlərində hücuma keçməyə cəhd ediblər. "Bu, yalnız atəşkəsin deyil, həm də beynəlxalq hüququn norma və prinsiplərinin, 1949-cu il Cenevrə Konvensiyasının və onun əlavə Protokollarının birbaşa qəsdən pozulmasıdır"- bəyanatda deyilir. Yazıda qeyd olunur ki, 11 oktyabr saat 02:00 radələrində, Ermənistan Respublikasının Silahlı Qüvvəu/v-mire/azerbajdzhan-beznakazannosti-podtalkivaet-k-novym-voennym-prestupleniyamləri tərəfindən Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncə şəhərinin mərkəzində yerləşən yaşayış binasına raket zərbəsi nəticəsində 9 nəfər həlak olmuş, 40-dan çox mülki şəxs, o cümlədən uşaqlar ağır yaralanmış, çox sayda mülki obyektlərə xeyli ziyan deymişdir. Qocaların, uşaqların, qadınların yaralandığı qeyd olunur. Yazı ilə aşağıdakı linkdə tanış olmaq mümkündür: https://noi.md/r

Nə düşünürsən?