Azərbaycanda yoluxma sayı artdı - Ölənlər var

  • 13.10.2020
  • 0

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 277 yeni yoluxma faktı qeydə alınıb, 64 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Mia.az-a verilən məlumata görə, bu gün COVID-19-dan 3 ölüm faktı qeydə alınıb: "Hazırkı dövrədək ölkəmizdə 42 min 381 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 39 min 468 nəfər müalicə olunaraq sağalıb, 612 nəfər vəfat edib. Aktiv xəstə sayı 2 301 nəfərdir. Ötən müddət ərzində 1 milyon 187 min 136 test aparılıb. Bugünkü test sayı isə 6 865-dir".

Nə düşünürsən?