97 yaşlı babadan orduya 1000 manat dəstək

  • 13.10.2020
  • 0

Ölkəmizdə Vətən müharibəsinin getdiyi bir vaxtda böyükdən-balacaya qədər hamı cəbhədə şücayət göstərən düşmənə aman verməyən ordumuza dəstək olur. O insanlardan biri də İsmayıllı rayon Tircan kənd sakini 97 yaşlı Babakişi Fətullayevdir. BiG.AZ ARB-yə istinadən xəbər verir ki, II Dünya Müharibәsi veteranı Babakişi Fәtullayev Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə ordumuzun uğurlu hərbi əməliyyatına dəstək olmaq məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 1000 manat məbləğində ianə köçürüb. Qazanc mәnbәyi aylıq təqaüdü vә arıçılıq tәsәrrüfatı olan baba öz tәşәbbüsü ilə bu addımı atdığını deyir. Babakişi Fәtullayev haqlı davamızda hərkəsi ordumuzun yanında olmağa, birlik bərabərlik nümayiş etdirməyə, Prezidentimizin ətrafında sıx birləşməyə çağırır.

Nə düşünürsən?