Ermənilər Tərtəri atəşə tutur, 300-ə yaxın mərmi atıldı

  • 13.10.2020
  • 244 baxış
  • 0

Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayon ərazisini yenidən atəşə tutmaqda davam edir. Bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir. Oktyabrın 13-ü səhər saatlarından başlayaraq düşmən yenidən dinc sakinləri hədəfə alır, vətəndaşları ağır artilleriya atəşəinə tutur. Məlumata görə, bu gün ərzində ermənilər tərərindən Tərtər şəhərini və ətraf kəndləri - Qazyan, Yuxarı Qaradağlı, Səhləbat və Əskipara kəndi ərazisinə ümumilikdə 300-ə yaxın top mərmisi atılıb.

Nə düşünürsən?