Xarici diplomatlar Mingəçevirə səfər ediblər

  • 13.10.2020
  • 0

Azərbaycandakı diplomatik korpusun rəhbərləri, səfirlər, hərbi attaşelər, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri Gəncənin Ermənistan ordusunun raket atəşinə məruz qalmış ərazilərdəki fəsadlarla tanış olandan sonra Mingəçevirə səfər ediblər. Qonaqları Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edib.Diplomatik korpusun və beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri Mingəçevir şəhərində raketin düşdüyü SES ərazisinə baxış keçiriblər. Diplomatları qarşıyalan “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev SES haqında onlara məlumat verib. O bildirib ki, elektrik stansiyalarının əraziləri mütəmadi olaraq raket hücumuna məruz qalır. Lakin xoşbəxtlikdən düşmən bu zəruri enerji infrastrukturuna zərər vura bilməyib. Azərbaycanın enerji sistemi normal rejimdə çalışır. Səfərin məqsədi onları Ermənistanın günahsız mülki insanlara və enerji infrastrukturuna qarşı həyata keçirdiyi məsuliyyətsiz raket hücumlarının səbəb olduğu cinayət səhnələri ilə tanış etməkdir. Ermənilərin Gəncəyə raket hücumunun fəsadları ilə tanış olan diplomatlar öz təəssüratlarını bölüşüblər.Görmək inanmaqdır. Həmişə baş verənləri öz gözünlə görmək yaxşıdır. Düşünürəm ki, bu bizim hamımıza bir daha müharibənin dəhşətlərini, dağıntılarını göstərir”. Bunu ermənilərin Gəncə şəhərində raket zərbəsi endirdiyi əraziyə baş çəkəndən sonra Mingeçevirə SES –də raketin düşüdüyü yerə gedən diplomatlar arasında olan Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas deyib. Qətər hər zaman mülki şəxslərə qarşı hücumları qınayır. Biz bir daha ifadə edirik ki, Qətər qardaş Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir. Bunu APA TV–yə Qətərin Azərbaycandakı səfiri Faysal Abdullah Hamad Abdullah əl-Henzab deyib.

Nə düşünürsən?