Erməni tarixşünasdan etiraf

  • 12.10.2020
  • 1K baxış
  • 0

"Ermənistan coğrafi məkanın adı olub. Burada heç bir dövlətdən söz gedə bilməz. Bu gün ermənilər özlərini qədim xalq olduğunu və buna sübut üçün əlifbalarını və dillərini göstərirlər". BiG.AZ xəbər verir ki, bu sözləri erməni tarixşünas Filipp Ekozyantsdan "İTV"-nin Rusiyadakı müxbirinə deyib. Ukraynada doğulub Rusiyada yaşayan Ekozyants ermənilərin "qədim tarixi"ni araşdırmaqla məşğuldur. Tarixşünas tarixdə erməni xalqının olmadığını faktlarla sübut edir: "Fransa, İtalya və digər ölkələrin arxivləri göstərir ki, Avropa və ön Asiyada o dövrdə heç bir xalqın əlifbası olmayıb. Əlifbalar ancaq dini icmalara məxsus olub. Osmanlı və İran Səfəvi İmperiayaları ərazisində yaşayan xristian icmalarının əlifbaları olub. O ki, qaldı erməni dilinə 16-cı əsrə qədər erməni dilinin mövcudluğu haqqında heç bir tarixi fakt mövcud deyil. Erməni dili və əlifbası bu ermənilərin birinci yalanıdır. Bu gün Azərbaycanla müharibədə də Ermənistan özünü təcavüzün qurbanı kimi göstərib, yenə xristian dini pərdəsi altında gizlənməyə çalışır. Dünya erməniləri kömək istəyir. Hansı yaxşı əməlinə görə?! Bunu başa düşmək çətindir. Ermənilər xristian olduqlarına görə təcavüzə uğradıqlarını deyirlər. Bu yalandır. Azərbaycan heç kimə təcavüz etməyib. Öz ərazisində müharibə aparır. Ermənilər başa düşməlidirlər ki, bu onların torpağı deyil".

Nə düşünürsən?