Ukraynalı hərbi ekspert ordumuzun parlaq qələbəsini şərh etdi

  • 12.10.2020
  • 0

Ukraynalı ekspert Yuri Podolyaka "YouTube" kanalında Hadrut kəndi ətrafındakı yaranan vəziyyəti şərh edib. Hərbi müşahidəçi qeyd edib ki, Azərbaycan qoşunları artıq Hadruta daxil olub və erməni qüvvələrini oradan qovub. "Anladığım qədər, qondarma DQR rəhbərliyi başa düşür ki, Hadrutu tuta bilməsələr, Hadrut və Fizulini ayıran aşırımı itirsələr, onda Füzuli, daha doğrusu bu şəhərin xarabalıqları və əslində bütün bölgə məhvə məhkum olacaq. Çünki Füzuli ətrafındakı cənubdan yüksəkliklərə nəzarət edərək hər şey bir baxışdan vurulacaq və buna görə Azərbaycan bu ərazini bir, maksimum iki günə ələ keçirəcək. Yəni əslində bu, Ermənistana növbəti zərbədir. İndi hər iki tərəfdən də əhəmiyyətli qüvvələr döyüşə atılıb. Əgər indi Azərbaycan Hadrutu əzirsə və hər şey Azərbaycanın onu əzdiyinə doğru gedirsə, o zaman Cəbrayılın şimalındakı ermənilərin yanında olan qüvvələr də geri çəkilmək məcburiyyətində qalacaq və ya tələyə düşəcəklər. Əslində bütün ərazi təmizlənəcək və irəliləyən Azərbaycan qruplaşmasının sol cinahı təmin ediləcəkdir. Bu, artıq Füzulinin hökmüdür. Azərbaycan ordusunun bu cür müharibələrin standartlarına uyğun hücumu kifayət qədər sürətlidir. Başa düşdüyüm, Cəbrayıl döyüşündə bir neçə gün əvvəl erməni qüvvələrinin ciddi məğlubiyyəti və bununla da Azərbaycanın uğurlarını inkişaf etdirməsi buna səbəb olub. Azərbaycan üstünlüyünü həyata keçirəcək və Şuşa ilə Xankəndinə hücum üçün başlanğıc xətlərinə çatacaq", - deyə Yuri Podolyaka vurğulayıb. BAKU.WS

Nə düşünürsən?