Gecə ərzində düşmənə atəş zərbələri endirilib

  • 11.10.2020
  • 1.4K baxış
  • 0

Gecə ərzində düşmənə atəş zərbələri endirilib Oktyabrın 10-dan 11-ə keçən gecə bütün cəbhə boyu vəziyyət gərgin sabit olub. Humanitar atəşkəs rejiminə əməl etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri itirdikləri mövqeləri geri qaytarmaq məqsədilə canlı qüvvə və döyüş texnikasını cəmləşdirərək yenidən kiçik qruplarla cəbhənin Hadrut və Cəbrayıl istiqamətlərində hücuma keçməyə cəhd göstərib. Gecə ərzində düşmənə atəş zərbəsi vurulmaqla onun bütün hücum cəhdlərinin qarşısı alınıb. Azərbaycan Ordusunun keçirdiyi fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, eləcə də 5 ədəd T-72 tankı, 6 ədəd D-20 və D-30 haubitsası, 5 ədəd sursatla dolu yük maşını, 11 ədəd digər avtomobil texnikası, 3 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 5 ədəd 2S1 “Qvozdika” özüyeriyən haubitsası, 8 ədəd hava hücumundan müdafiə sistemi və radiolokasiya stansiyası məhv edilib və sıradan çıxarılıb. Əldə olunan məlumata əsasən döyüş əməliyyatları nəticəsində Ermənistan ordusunun işğal etdiyi ərazilərdəki əsas qüvvələri və ehtiyatlarına ciddi ziyan vurulub, silah-sursat və yanacaq tükənmək üzrədir. Ermənistan hərbi komandanlığı psixoloji gərginlik, şəxsi heyət isə qorxu içindədir. Erməni əsgərlərin komandirlərinə inamı itib. 1-ci, 5-ci və 9-cu motoatıcı alayların döyüş mövqelərini özbaşına tərk edən hərbi qulluqçuların sayı kütləvi hal alıb. Hərbi polis bu cür əsgərlərin məcburən səngərlərə geri qaytarılmasında acizdir. Məlumata əsasən canlı qüvvə sarıdan xeyli itki verən düşmən ordusunda ölənlər arasında 1-ci motoatıcı alayın komandirinin müavini polkovnik-leytenant Artak Vanyan da var. Hazırda qoşunlarımız bütün cəbhə boyu əməliyyat üstünlüyünə malikdir. ____ В течение ночи по противнику нанесены огневые удары В ночь с 10 на 11 октября ситуация по всему фронту была стабильно напряженной. Не соблюдающие режим гуманитарного перемирия подразделения вооруженных сил Армении, сосредоточив силы и военную технику, вновь предприняли попытку атаковать небольшими группами в Гадрутском и Джебраильском направлениях, с целью вернуть утраченные позиции. Ночью все попытки противника атаковать были пресечены огнем. В результате действий Азербайджанской Армии большое количество живой силы противника, а также 5 танков Т-72, 6 гаубиц Д-20 и Д-30, 5 грузовиков с боеприпасами, 11 единиц другой автомобильной техники, 3 РСЗО БМ-21 «Град», 5 самоходных гаубиц 2С1 «Гвоздика», 8 систем ПВО и радиолокационная станция были уничтожены и выведены из строя на различных направлениях фронта. Согласно полученной информации, в результате боевых операций основным и резервным силам армянской армии на оккупированных территориях был нанесен серьезный урон, боеприпасы и горючее на исходе. Армянское военное командование находится в психологическом напряжении, а личный состав под страхом. Доверие армянских солдат к командирам утеряно. Военнослужащие 1-го, 5-го и 9-го мотострелковых полков, в массовом порядке самовольно оставляют боевые позиции. Военная полиция бессильна в принудительном порядке возвращать этих солдат в окопы. Согласно информации, заместитель командира 1-го мотострелкового полка подполковник Артак Ванян также находится среди многочисленных потерь в живой силе вражеской армии. В настоящее время войска Азербайджанской Армии обладают оперативным преимуществом на всей протяженности фронта.

Nə düşünürsən?