Ermənistan Mingəçevirə raket atdı

  • 10.10.2020
  • 0

Ermənistan ərazisindən Azərbaycanın Mingəçevir şəhərinə NATO kod adı "SCUD" olan ballistik raketi buraxılıb. APA-nın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter" hesabında yazıb. "Hava hücumundan müdafiə qüvvələrimiz S-300-lə raketi məhv edib. Raketin buraxılma anında təhqiramiz erməni ifadələri səslənir. Ermənistanın dövlət terroruna son qoyulmalıdır. Bu video Ermənistandandır", - H. Hacıyev qeyd edib.

Nə düşünürsən?