Baltalı kişi rəfiqəsini və onun beş uşağını girov götürdü

  • 10.10.2020
  • 482 baxış
  • 0

Rusiyalı kişi rəfiqəsini və onun beş uşağını balta ilə hədələyərək, onları girov götürüb. Bu barədə "Podyom” "Telegram” kanalı kadrlar yayımlayıb. Məlumata görə, hadisə Rusiyanın Krasnoyarsk şəhərində baş verib. 25 yaşlı gənc içib sərxoş olduqdan sonra rəfiqəsi ilə dava edib, sonra isə onun və uşaqlarının üstünə balta ilə hücum çəkib. Hadisə yerinə polis gəldikdə isə o, qadını və uşaqlarını evdə bağlı qapı arxasında qoyaraq polislərin arxasınca düşüb. O, patrul maşınına zərər vurub və yerli sakinlərin sözlərinə görə, hüquq mühafizəçilərindən birinin ayağını yaralayıb. Kişi artıq saxlanılıb və polis bölməsinə aparılıb. Qadın və uşaqları zərər çəkməyib.

Nə düşünürsən?