Ön cəbhədə döyüşən əsgərimizin üçəmləri dünyaya gəlib

  • 10.10.2020
  • 0

Murov zirvəsi düşməndən azad edildiyi gün cəbhədə döyüşən zabitimizin üçəm körpələri dünyaya gəlib. 27 sentyabrda Azərbaycan Ordusu cəbhəboyu zonada baş verən düşmən hücumlarının qarşısının alınması məqsədi ilə uğurlu əks-hücum əməliyyatlarına başlayıb, Murov zirvəsini və bir neçə kəndlərimizi işğaldan azad edilib. Bu döyüşdə iştirak edən qəhrəman Azərbaycan Ordusunun kiçik çavuşu Nadir İbadovun elə həmin gün - sentyabr ayının 27-də iki gələcəyin əsgəri oğlan və bir qız olmaqla üçəm övladları doğulub. Dominant.az xəbər verir ki, ata İbadov cəbhədə gedən döyüşlərdə iştirak etdiyi üçün uşaqları ilə ilk tanışlığı bir həftə sonra - 4 oktyabr tarixində baş tutub. Cəsur çavuşumuz ailəsi ilə görüşdükdən sonra yenidən cəbhə xəttinə xidmətə geri dönüb. Ana Nəzrin İbadova bildirib ki, uşaqların qədəmləri cəbhədə baş vərən döyüşlərdə qazandığımız ilk qələbə gününə təsadüf etdiyi üçün oğlan uşaqlarından birinə şəhid general-mayor Polad Həşimovun adını, digərinə isə qələbə şərəfinə Uğur adını vermək istəyirlər. Silahlı Qüvvələrimizin xalqımızın haqqı olan qələbəni bəxş edəcəyinə və torpaqlarımızın tam şəkildə azad olunacağına inanırıq. Arzu edirik ki, üçəmlərimizə sağlam və firavan gələcək nəsib olsun. Atalarının adına, eləcə də daşıyacaqları ada layiq, vətənə xeyirli övladlar olsunlar. Vətən sənə, övladların bizə əmanətdir, igid əsgər! Atanın körpələrlə ilk tanışlığı zamanı sevincli anları Sizlərə təqdim edirik:

Nə düşünürsən?