Azərbaycan düşmənin Çindən aldığı raket sistemin vurdu

  • 09.10.2020
  • 0

Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinə məxsus "WM-80” tipli iki reaktiv yaylım atəşi sistemini (RYAS) məhv edib. APA-nın məlumatına görə, 273 mm-lik iki "WM-80” RYAS kamikadze-dron zərbəsi ilə darmadağın edilib. Qeyd edək ki, bu sistemlərin seriyalı istehsalına 1990-cı ildə başlanıb. Çinin “NORİNCO” korporasiyası tərəfindən istehsal edilən 273 mm çaplı “WM-80” RYAS-ın hazırda Ermənistan və İordaniyanın silahlanmasında yer alır. WM-80 buraxıcı qurğusu yükqaldırma qabiliyyəti 20 ton olan 8x8 təkər formullu “Shandonq Taian TAS5380” yük maşınlarında qurulub. Keçmiş SSRİ-nin “Smerç” tipli RYAS-lərinin “klonu” adlandırılan WM-80-ın atəş idarəetmə sistemi, sistemin konstruksiyaları və doldurulma mexanizmi çox oxşardır. Buraxıcı kompleks 8 borudan ibarətdir və 60 dərəcə qalxma bucağı altında atəş açmağa imkan verir. İstehsalçı müəssisənin açıqladığı məlumata görə, sistemin marş halından döyüş halına gətirilməsi 3-5 dəqiqəyə mümkündür. WM-80 raketinin birinin çəkisi 505 kq, döyüş başlığı 150 kq, atəş uzaqlığı 34-80 km-dir. Çin WM-80 modeli yaradıldıqdan sonra onu son 27 ildə cəmi iki ölkəyə ixrac edə bilib. Burada meydana çıxan digər sual isə onun Çin Ordusunun silahlanmasında yer almamasıdır. WM-80 modelindən sonra çinlilər atəş uzaqlığının artırılması üçün sistemi daha da modernləşdirmək qərarına gəliblər. Böyük işlərin getməsinə baxmayaraq, sistemdə hiss olunan bir dəyişiklik əldə etmək mümkün olmayıb. Sistem özü demək olar ki, dəyişilməz qalsa da, yeganə nailiyyət raketlərə 120 km (WM-120) məsafəyə qədər uzaqlığın verilməsi sayıla bilər.