Evində nüvə reaktoru hazırlayan yeniyetmə rekord qırdı

  • 09.10.2020
  • 148 baxış
  • 0

ABŞ-ın Tennessi ştatının Memfis şəhərinin sakini olan yeniyetmə evində nüvə reaktoru hazırlayaraq, Ginnesin Rekordlar Kitabına düşüb. Bununla bağlı "Unilad” nəşri məlumat yayıb. 12 yaşlı Cekson Osvalt əvvəlki rekordçu Teylor Uilsonun nailiyyətindən təsirlənərək bu addımı atdığını bildirib. O, buna iki il sonra nail olub. Yeniyetmə bildirib ki, hər bir işi özü edib və bu zaman bir çox problemlərlə qarşılaşıb. "Layihə çox çətin idi. Mən bunu etmək üçün iki ilimi sərf etdim”, - deyə Osvalt əlavə edib.

Ən son xəbərlər üçün Telegram kanalımızı izləyin

Nə düşünürsən?