“iPhone 12” smartfonunun təqdimat tarixi açıqlandı

  • 09.10.2020
  • 0

"Apple" şirkətinin yeni smartfonlarının nümayiş etdiriləcəyi tədbir oktyabrın 13-də baş tutacaq. Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ şirkətinin məlumatına əsasən, oktyabrın 13-də "Apple Park"da xüsusi tədbir keçiriləcək. Bakı vaxtı ilə saat 21:00-a planlaşdırılmış təqdimat "Apple" şirkətinin saytında yayımlanacaq. Tədbir "Hi, Speed" (Salam, sürət) şüarı altında keçiriləcək. Oktyabrın 13-də "Apple" şirkətinin qabaqcıl smartfonlar xəttini nümayiş etdirəcəyi gözlənilir. İnsayderlər brendin 4 qurğu təqdim edəcəyini gözləyirlər: "iPhone 12 mini", "iPhone 12", "12 Pro" və "12 Pro Max". Analitiklər təxmin edirlər ki, seriyanın bütün smartfonları OLED displeylər və "5G" dəstəyinə malik olacaq.

Nə düşünürsən?