Ermənilər bu dəfə Tunarın məşhur mahnısını oğurladılar

  • 08.10.2020
  • 0

Ermənilər bu dəfə müğənni Tunar Rəhmanoğlunun "Səndən insaf dilər yarım" mahnısını oğurlayıblar. BiG.AZ xəbər verir ki, Arşak Stepanyan adlı müğənni bəstənin sözlərini də erməni dilinə çevirib və ona video çarx hazırlayıb. Arşak mahnını Qarabağa həsr edib. Mahnını öz adına çıxan erməni ifaçı onu sosial şəbəkələrdə yayımlayıb. Qeyd edək ki, "Səndən insaf dilər yarım" bəstəsinin müəllifləri Tunarın özü və meyxanaçı Vüqar Əbdülovdur. Mahnını Tunar özü həm tək, həm də bacısı Günel Zeynalova ilə duet şəklində oxuyub. "Səndən insaf dilər yarım"ı eyni zamanda türkiyəli müğənni İbrahim Tatlısəs də ifa edib. Bu erməni musiqiçilərin Azərbaycandan oğurladığı ilk mahnı deyil. Onlar dəfələrlə mahnılarımızı oğurlayıb, özlərininki kimi təqdim ediblər. (axsam.az)

Nə düşünürsən?