Rusiyada hərbi sanatoriyada yanğın

  • 07.10.2020
  • 0

Rusiya Müdafiə Nazirliyinin “Yalta” sanatoriyasında bu gün səhər saatlarında yanğın olub. “Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, yanğın səbəbi ilə təxminən 300 nəfər özbaşına binanı tərk edib, həlak olanlar barədə məlumat yoxdur. Təxminən 1000 kvadratmetr ərazidə olan binada səkkizinci mərtəbə ilə dam arasındakı üzlük yanıb. “Moskva vaxtı ilə saat 08:17-də Yalta hərbi sanatoriyasında başlayan yanğın 1200 kvadratmetr ərazidə lokallaşdırılıb. İtki yoxdur”,- deyə FHN-in Mətbuat xidməti bildirib. Nazirliyin Krımdakı bölməsindən bildirilib ki, yanğın 43 yanğınsöndürən və 13 texnika tərəfindən söndürülüb. İlkin məlumata görə, yanğına elektrik naqillərindəki qısaqapanma səbəb olub.

Nə düşünürsən?