Ramil Səfərovun doğulduğu kənd işğaldan azad edilib

  • 07.10.2020
  • 0

Xəzər TV-nin əməkdaşları ailənin qonağı olub, polkovnik-leytenantın atası Sahib Səfərov ilə söhbətləşib, qələbə sevincinin təəssüratını öyrəniblər. Sahib Səfərov deyib ki, Şəybəy kəndinin işğaldan azad edilməsi onun üçün böyük sevinc hissi yaşadır. Deyir ki, Budapeştdə ermənini qanına qəltan edən Ramil Səfərov Azərbaycana geri gətiriləndə keçirdiyi hissləri bu dəfə də ona torpağının azadlıq xəbəri yaşatdı. 1993-cü il avqustun 23-də Cəbrayıldan anası, ömür-gün yoldaşı və balaları ilə çıxmaq məcburiyyətində qalan Sahib Səfərov deyir ki, illər çox şeyi dəyişdi. Həyat yoldaşı və anasını itirdi, balaları böyüyüb, artıq 10 nəvə babasıdır. Ramillə isə təkcə o yox, bütün Azərbaycan qürur duyur.

Nə düşünürsən?