Xarici ölkələrdən gələn zəng və mesajlara diqqət.

  • 06.10.2020
  • 0

Bununla bağlı olaraq YPX.AZ qaynar xəttinə müraciətlər daxil olub və sosial şəbəkələrdə məlumatlar verilib. Bildirilir ki, Azərbaycan ordusu qarşısında əlacsız qalan düşmən ən son çarə kimi hər hiyləyə əl atmaqda davam edir. Hətta dinc əhalinin yaşadığı ərazilərə də raketlər atan düşmən Azərbaycan xalqının mərdliyini, qorxmazlığını görüb növbəti hiyləyə əl atmaqda davam edir. Belə ki, bəzi bölgələrdə yaşayan sakinlərimizə xarici ölkələrə məxsus nömrələrdən mesajlar, zənglər gəlir və onlara bildirilir guya Azərbaycan Respublikasının hərbi, strateji əhəmiyyətli obyektləri hədəfə alınacaq və onlar bölgələri tərk etsinlər. Beləliklə düşmən əhali arasında panika yaratmaq istəyir. Təbii ki, biz YPX.AZ olaraq Azərbaycan xalqının mərdliyinə, mübarizliyinə, belə saxta məlumatlardan təsirlənməyəcəyinə inanırıq, lakin vətəndaşlarımıza tövsiyə edirik ki, tanımadıqları xarici ölkə nömrələrindən gələn zənglərə cavab verməsinlər, mesajları oxumasınlar.

Nə düşünürsən?