Qırğızıstan prezidentinin qardaşı döyüldü

  • 06.10.2020
  • 0

Qırğızıstan prezidentinin qardaşı, ölkə parlamentinin deputatı Asılbek Jeenbekov Oş sakinləri ilə görüşü zamanı döyülüb. Unikal.org xəbər verir ki, müvafiq kadrlar artıq sosial şəbəkələrdə yerləşdirilib. Asılbek Jeenbekov 4 oktyabrda Qırğızıstanda keçirilən parlament seçkilərində 24,5% səs toplayaraq namizədlərin siyahısında birinci pilləni qazanan “Birimdik” (Birlik) partiyasını təmsil edir.

Nə düşünürsən?