Azərbaycanda daha 143 nəfər koronavirusa yoluxdu

  • 06.10.2020
  • 0

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 143 yeni yoluxma faktı qeydə alınıb, 126 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Report"a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 40 931 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 38 713 nəfər müalicə olunaraq sağalıb, 600 nəfər vəfat edib, aktiv xəstə sayı 1 618 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 203, ötən müddət ərzində isə ümumilikdə 1 145 397 test aparılıb.

Nə düşünürsən?