Azərbaycan və Türkiyə XİN başçılarının görüşü başlayıb

  • 06.10.2020
  • 0

Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovla Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun təkbətək görüşü başlayıb. “Report” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “Twitter” səhifəsində məlumat verilib. “Azərbaycana işgüzar səfəri çərçivəsində qardaş Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunu səmimi salamlayır”, C.Bayramov görüşün əvvəlində bildirib. Nazirlərin görüşü davam edir.

Nə düşünürsən?