Metroda kişi yanında öskürən qadına hücum etdi - VİDEO

  • 05.10.2020
  • 0

Rusiyanın Moskva şəhərində polis metroda iki sərnişin arasında baş verən insidentin görüntülərini araşdırır. Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin paytaxt üzrə Baş İdarəsindən məlumat verilib. Məlumata görə, metroda kişi onun yanında öskürən qadına hücuma edib, digər sərnişinlər isə araya girərək buna mane olublar. Daha sonra isə qadın qışqırmağa başlayıb, lakin maraqlıdır ki, kişi az öncə hücum etdiyi qadını sakitləşdirməyə başlayıb. Bir müddət sonra isə hər iki sərnişin sakitləşərək müxtəlif vaqonlarda yollarına davam ediblər. Hadisənin koronavirus təhlükəsi səbəbindən baş verdiyi ehtimal olunur. Namiq Musayev

Nə düşünürsən?