Hakim əvvəlcə futbolçunu vurdu, sonra qovdu

  • 15.01.2018
  • 0

Fransa çempionatının 20-ci turunda keçirilən “Nant” - PSJ oyununda qalmaqal yaşanıb. Qalmaqalın mərkəzində isə qarşılaşmanın baş hakimi Toni Şapron olub. PSJ hücum edərkən, meydan sahiblərinin forvardı Dieqo Karlos müdafiəçilərə kömək etmək üçün öz cərimə meydançalarına tərəf qaçıb. Baş hakim də eyni istiqamətdə qaçarkən, hücumçu təsadüfən ona toxunub. Yerə yıxılan hakim ayağı ilə Karlosa zərbə endirib.