Yaponiya televiziyasında Qarabağ həqiqətləri müzakirə olunub

  • 05.10.2020
  • 0

Oktyabr ayının 3-də Yaponiyanın Osaka şəhərində “Aşahi” televiziyasının “Seigi no Mikata” proqramının canlı efirinin 30 dəqiqəsi Dağlıq Qarabağ konfliktinə həsr edilib. Verilişə dəvət alan Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosiasiyasının sədri Əlibəy Məmmədov və Keio Universitetinin professor Hirose Yoko tərəfindən yaponiyalı tamaşaçılara Azərbaycan və Dağlıq Qarabağ həqiqətləri çatdırılıb. Unikal.org xəbər verir ki, Əlibəy Məmmədov BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsini xatırladıb və qeyd edib ki, Ermənistan rəhbərliyi və ordusu beynəlxalq hüququ kobul şəkildə pozub, suveren bir dövlətin ərazisində terror həyata keçirir. Ermənistan özü də daxil olmaqla BMT-yə daxil olan ölkələr Azərbaycnaın ərazi bütövlüyünü tanıdığını bildirib: "Biz hazirda sual vermeliyik, Ermenistan ordusu Azerbaycan erazisinde ne edir?".Əlibəy Məmmədov onu da qeyd edib ki, hazırda bütün döyüşlər Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərində aparılır. "Azərbaycan öz ərazilərini azad etməklə məşğuldur"-deyə o əlavə edib.Xocalı faciəsi ilə bağlı da ətraflı məlumat verən Əlibəy Məmmədov qeyd edib: "Mənim 4 yaşım olardı, erməni ordusu 63 uşaq, 106 qadın, 79 qoca daxil olmaqla ümumilikdə 613 nəfəri vəhşicəsinə qətlə yetiriblər. Bu müharibə cinayəti idi. Dağlıq Qarabağ müharibəsində insanlığa qarşı törədilmiş ən böyük cinayət idi”. Türkiyə məsələsinə toxunan Əlibəy Məmmədov deyib ki, Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir. Kədərli və sevincli halında bir-birinin yanındadır. Keio Universitetinin professor Hirose Yoko da Dağlıq Qarabağın və ətraflar rayonların Azərbaycanın hüquqi ərazisi olduğunu qeyd edib. Ermənistanın 20% torpaqları işğal etməsinə baxmayaraq, dünyada, əsasən Amerika, Fransa tərəfdən Azərbaycana qarşı ikili standartlar olduğunu diqqətə çatdırıb. Verilişdən bir hissəni aşağıdakı linkdən izləmək olar

Nə düşünürsən?