Ermənilər cəbhə bölgəsində nümayəndələrini hədəfə alır

  • 02.10.2020
  • 0

Ermənistan ordusu dinc əhali, mülki obyekt və inzibati binalarla yanaşı, cəbhə bölgəsində fəaliyyət göstərən media nümayəndələrini də hədəfə alır. APA-nın məlumatına görə, əks-hücum əməliyyatının başladığı gündən cəbhə bölgəsində peşə fəaliyyətini həyata keçirən yerli və xarici jurnalistlərə qarşı erməni silahlı birləşmələri tərəfindən intensiv hücumlar edilir. Son günlər ərzində cəbhənin müxtəlif istiqamətlərində fəaliyyət göstərən Türkiyənin “Anadolu”, Azərbaycanın “Azərtac”, APA, Turan, ARB TV, Xəzər TV, İctimai TV, Space TV, ATV, BAKU TV kimi xəbər agentlikləri və televiziya qurumlarının əməkdaşları düşmənin mərmi atəşinə tuş gəliblər. Bu hücumların əks olunduğu kifayət qədər video və materiallar yayılsa da, beynəlxalq ictimaiyyət, eləcə də beynəlxalq media qurumları baş verənlərə heç bir münasibət bildirmir. Erməni silahlı birləşmələri tərəfindən media nümayəndələrinə qarşı baş tutan bu hücumlar ciddi şəkildə araşdırılmalı, beynəlxalq jurnalist təşkilatları bu vəziyyətlə bağlı obyektiv və qərəzsiz mövqe nümayiş etdirməlidir.

Nə düşünürsən?