Goranboyda atəş səsləri susmur - Dinc əhali atəşə tutulur

  • 01.10.2020
  • 0.9K baxış
  • 0

Bu gün səhər saatlarından Goranboyda atəş səsləri susmayıb. Açılan atəşlər nəticəsində Tapqaraqoyunlu kəndində evlərə ciddi ziyan dəyib. Dam örtükləri dağıdılıb, pəncərələr qırılıb. Görüntülər Goranboyun Tapqaraqoyunlu kəndində lentə alınıb. Ermənistan silahlı qüvvələri mülki əhalinin yaşadığı kəndləri hədəf almağa davam edir. Ermənilərin Goranboyun Tapqaraqoyunlu kəndini iriçaplı silahlardan atəşə tutması nəticəsində iki ev yararsız hala düşüb. Atışma nəticəsində kənd sakinləri Bayram Binnətov və Səbinə Qarayevaya məxsus evlərə mərmi düşüb. Hər iki evə ciddi ziyan dəyib. Ev sahibləri həmin vaxt evdə olmadığından xəsarət alan və ölən olmayıb. Qeyd edək ki, düşmənin təxribatının qarşısı ordumuzun qəhrəman oğulları tərəfindən adekvat şəkildə alınıb

Nə düşünürsən?