Türk xüsusi təyinatlılarından Qarabağla bağlı dəstək

  • 01.10.2020
  • 0

Trabzon polis müdiri Mətin Alperin qatıldığı bir toy məclisindəki çıxışı ilə hər kəsi duyğulandırıb. Metin Alper Ermənistanın Dağlıq Qarabağdakı hücum cəhdindən sonra Azərbaycan ordusuna olan dəstəyini bildirib. Təşkilatın xüsusi təyinatlı polis işçilərinin Qarabağın azadlığını gözlədiklərini bildirən Alper açıqlamalarında bu sözləri söyləyib: "Bizi Qarabağa nə vaxt göndərəcəksiniz?" sualını verən onlarla boz qurd var. Türkün bayrağını Qarabağın mərkəzinə sancmağa hazırdırlar. Xüsusi Əməliyyat Şöbəsi elə bir qoldur ki, buradakı qəhrəmanlar sel kimi coşar, ildırım kimi çaxarlar".

Nə düşünürsən?