Kamaz sürücüsünün diqqətsizliyi ölümünə səbəb olub

  • 01.10.2020
  • 0

Kamaz sürücüsünün diqqətsizliyi ölümünə səbəb olub. Avtosfer.az xəbər verir ki, hadisənin videosu Rusiyanın Çelyabinsk – Yekaterinburq əyalətləri arasında yerləşən M5 avtomagistralında qeydə alınıb. Kadrlarda, yan yolda kuzası endirilməmiş olan yük maşınının irəlilədiyi və əsas yola keçdikdən sonra yerüstü piyada keçidinə çırpıldığı görülür. Görüntülərdə, yerüstü piyada keçidinin konstruksiyasının “Kamaz”ın kabinəsinin üstünə düşərək onu əzdiyi də əks olunub. Yerli KİV-in məlumatına görə, qəza nəticəsində yük avtomobilinin 27 yaşlı sürücüsü, aldığı ağır xəsarətlərdən hadisə yerində vəfat edib. Faktla bağlı araşdırma aparılır. Namiq Musayev

Nə düşünürsən?