Döyüşlər Füzuli şəhərinin yaxınlığında gedir

  • 29.09.2020
  • 4.2K baxış
  • 0

Məlum olduğu kimi bu gün Azərbaycan Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Qarabağda apardığı hərbi əməliyyatın yeni mərhələsi ilə bağlı bəyanat yayıb. Nazirlikdən verilən məlumata görə, artıq döyüşlər Füzuli şəhəri uğrunda gedir. KONKRET.az xəbər verir ki, yaxın dəqiqələrdə Ermənistan Müdafiə Nazirliyi də cəbhənin cənub istiqamətindəki son hərbi toqquşmalar haqqında video yayıb. Bununla da Ermənistan Azərbaycan Müdafiə Nazirliyinin məlumatını təsdiqləyib. Videoda Füzuli şəhərinin kənarında şiddətli döyüşlərin getdiyi açıq şəkildə görünür. Beləliklə, Azərbaycan qoşunlarının düşmənin işğal etdiyi ərazilərdə 27 kilometr dərinlikdə irəliləməsini müəyyən etmək mümkündür. Bu cür videoları yayan Ermənistan Müdafiə Nazirliyi özünü ifşa etməklə məşğuldur.

Nə düşünürsən?