İstanbula dolu yağdı

  • 29.09.2020
  • 0

Sentyabrın 29-da İstanbula güclü leysan yağışı və dolu yağıb. Şəhərin üstünü anidən örtən qara buludlar və əsən güclü küləklə müşahidə olunan əlverişsiz hava şəraiti avtomobillərin hərəkətində çətinliklər yaradıb. Şəhərin bəzi bölgələrində dolu dənələrinin böyüklüyü və yağıntının şiddəti səbəbindən nəqliyyat vasitələrinə ciddi zərər dəyib. İstanbulun mərkəzi küçələrində iri gölməcələr yaranıb. Hazırda təbiət hadisəsinin fəsadlarının aradan qaldırılması istiqamətində işlər aparılır.

Nə düşünürsən?