Azərbaycanda daha 10 şagird koronavirusa yoluxub

  • 29.09.2020
  • 0

Təhsil Nazirliyi ümumtəhsil müəssisələrində sentyabrın 28-nə COVİD-19-la bağlı vəziyyəti açıqlayıb. Nazirlikdən APA-ya verilən məlumata görə, sentyabrın 28-də 15 şagirdin və 1 işçi heyətinin hərarəti 37 dərəcədən yuxarı olub. Son bir gündə 10 şagird və 1 işçi heyəti koronavirusa yoluxub. Daha 7 sinif distant təhsilə keçirilib. Ümumilikdə distant təhsilə keçirilmiş siniflərin sayı 19, məktəblərin sayı 1-dir.

Nə düşünürsən?