Yaralıların sayı və adları açıqlanıb

  • 27.09.2020
  • 0

Azərbaycan Baş Prokurorluğu Ermənistan tərəfindən törədilən təxribatlar nəticəsində yaralanan mülki əhalinin sayını və adlarını açıqlayıb. Sfera.az bildirir ki, qurumun Mətbuat Xidmətindən daxil olan məlumata görə, 6 mülki şəxs yaralanılıb. Bildirilib ki, mülki əhali arasında Tərtər rayon sakini 1987-ci il təvəllüdlü Röyal Həsənov, Daşkəsən rayon sakini 1982-ci il təvəllüdlü Cəlal Zalov, Füzuli rayon sakinləri 1960-cı il təvəllüdlü Füzuli Məmmədov, 1995-ci il təvəllüdlü Vüsal Quliyev, Ağdam rayon sakinləri 1961-ci il təvəllüdlü Bəykişi Zeynalov, 1997-ci il təvəllüdlü Eşqin Allahyarov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdiriliblər. (report)

Nə düşünürsən?