Ünvan soruşmaq üçün qadına yaxınlaşıb çantasını oğurladılar

  • 26.09.2020
  • 1.8K baxış
  • 0

Türkiyənin İstanbul şəhərində ünvan soruşmaq bəhanəsi ilə bir xarici vətəndaş olan qadına yaxınlaşaraq çantasını oğurlayan avtomobilli şəxslərin görüntüləri təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb. Avtosfer.az DHA-ya istinadən xəbər verir ki, hadisə Esenyurt rayonunda baş verib. Kadrlarda, yolun hərəkət hissəsində bir qadının irəliləyərək qarşı tərəfə keçmək istədiyi və bu zaman onun yanına gümüş rəngli bir avtomobilin yaxınlaşdığı görülür. Bu arada maşının arxa kreslosunda əyləşən şəxs onun çantasından tutaraq çəkir, qadın isə çantanı buraxmamaq üçün müqavimət göstərir. Ardınca sürücü avtomobili hərkət etdirir və çantadan bərk yapışan qadın sürüklənməyə başlayır. Bir müddət sonra isə cinayətkarlar hadisə yerindən yayınmağa müvvəfəq olurlar. Agentliyin xəbərinə görə, qadın daha sonra insidentlə bağlı polisə müraciət edib. Asayiş keşikçiləri isə, şəhər təhlükəsizlik kameralarını araşdıraraq, 4 nəfərdən ibarət olan cinayət dəstəni yaxalayıb. Hazırda faktla əlaqədar araşdırmalar davam etdirilir. Namiq Musayev

Nə düşünürsən?