Şəhid əmanəti də tələbə adını qazandı

  • 26.09.2020
  • 1.6K baxış
  • 0

Kəlbəcər şəhidinin həkim olmaq istəyən qızı Özləm ailəsini sevindirib. O, 577 balla Azərbaycan Tibb Universitetinin Müalicə İşi Fakültəsinə qəbul olub. Əməkdaşlarımız bu gün şəhidin ailəsinə qonaq olublar. Biz tələbə adı qazanan şəhid qızı Özləm Həsənovanın evində qonaq olduq. Atasının arzularını reallaşdıraraq, bu il qəbul imtahanlarında 577 bal toplayıb və Tibb Universitetinin Müalicə işi fakültəsinə daxil olub. Bizi Özləmin əmisi Rüfət qarşıladı. Həm sevinc, həm də kədər var üzündə. Elə bil toxunsan ağlayacaq. Səbəbini belə izah edir: Həsən gedəndə balalarını mənə tapşırıb. Şəhidin xanımı Vüsalə müəllimənin də sevincinin həddi-hüdudu yoxdur. Həm bacım, həm anam, həm də övladım dediyi Özləm tələbə adını qazanıb... Atasına oxşayıb Özləm. Onun kimi prinsipial, onun kimi vətənsevər. Qeyd edək ki, Həsən Həsənov 2014-cü ilin iyulunda Dilqəm Əsgərov və Şahbaz Quliyevlə Kəlbəcərə gedib. O, öz ata-baba yurdlarını ziyarət etmək istəyən kəlbəcərli dostlarını müşayiət edib. Lakin Ermənistan Silahlı Qüvvələri onları girov götürüblər. Girov götürülən zaman ermənilər Həsən Həsənovu güllələyərək, öldürüblər. Mərhumun nəşi 2 oktyabr 2014-cü il tarixdə düşmən tərəfdən alınıb.

Nə düşünürsən?