Vaksinasiya ilə bağlı vacib xəbər

  • 26.09.2020
  • 1.5K baxış
  • 0

Qışda COVID-19-a hər hansı respirator xəstəliyin qoşulması gözlənilir Qarşıdan gələn qış aylarında kəskin respirator xəstəliklər artdığı üçün koronavirus pandemiyası fonunda problemlər yarana bilər: TƏBİB Elmi Komitəsinin sədri, professor Akif Qurbanov qeyd edib ki, “COVID-19 infeksiyasına hər hansı respirator xəstəliyin qoşulması gözlənilir, bu isə xəstəliyin ağır gedişinə səbəb ola bilər. Yoluxucu xəstəliklərin immunoprofilaktikası proqramı çərçivəsində peyvənd təqviminə uyğun olaraq həyata keçirilən peyvəndlərlə yanaşı, bir sıra digər xəstəliklərin könüllü olaraq peyvənd vurulması istiqamətində hər il Azərbaycanda müxtəlif layihələr icra olunur. İmmunlaşdırma proqramından danışan deputat Soltan Məmmədov deyib ki, Azərbaycanda Avropa regionunda qəbul olunmuş bütün beynəlxalq standartlar tətbiq olunur: Xüsusi karantin rejimi çərçivəsində son günlər müşahidə edilən yoluxma dinamikası ölkəmizdə koronavirus xəstəliyinin nəzarət altında olduğunu göstərir. Virusa gündəlik yoluxanların sayı 100-200 nəfər arasında dəyişir. Ölkəmizdə indiyədək 39 895 nəfər COVID-19-a yoluxub, 585 nəfər ölüb, 37523 nəfər bu virusdan sağalıb.

Nə düşünürsən?