Düşmənin terrorçularla işbirliyi

  • 26.09.2020
  • 0

"Paşinyan dinc insanları Qarabağa gətirə bilmir, terrorçulara üz tutub" Ermənistanın rəsmən PKK və digər terrorçularla əməkdaşlıq etməsi görüntülər, rəsmi bəyanatlarla məlumdur. Nə üçün Ermənistan Dağlıq Qarabağa Livandan, Suriyadan əvvəl dinc sakinləri, erməniləri gətirmək istəyir, sonra isə PKK terror təşkilatlarını Azərbaycanın işğal edilmiş torpaqlarına, Qarabağa dəvət edir. Hətta Türkiyədə həmin o PKK torrorçu təşkilatına xidmət edən Millət vəkilləri ilə bağli əməliyyat aparılır, onlardan bir neçəsi həbs olunub. Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun idarə heyətinin sədri Aygün Attar deyir ki, PKK terror təşkilatı ilə Ermənistan hökumətinin əvvəllər də əlaqələri və işbirliyi olub. Lakin Ermənistanın əvvəlki rəhbərliyi bunu gizlədirdi, amma Paşinyan hökuməti bunu açiq deyir. Səbəb xalqa verdiyi vədləri yerinə yetirə bilməyən Paşinyan hökumətinin bununla özünə nüfuz qazanmaq istəməsidir.

Nə düşünürsən?