Azərbaycanda dəhşətli qəza: Sürücünün başı qopub

  • 26.09.2020
  • 0

Ağsu rayonunun Çaparlı kəndi ərazisində dəhşətli yol-nəqliyyat hadisəsi qeydə alınıb. BAKU.WS xəbər verir ki, bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib. İsmayıllı rayon sakini, 1970-ci il təvəllüdlü Şirinov Qərib Fərmayıl oğlu “VAZ-21015” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə, maşın dərəyə yuvarlanıb. Dəhşətli hadisə nəticəsində sürücü hadisə yerində həyatını itirib. Qəzada sürücünün başı qopub. Faktla bağlı araşdırma aparılır.

Nə düşünürsən?