“Qanuni oğru” döyülərək öldürülüb

  • 26.09.2020
  • 1.2K baxış
  • 0

Rusiya kriminal aləminin keçmiş “xəzinədar”ı, Kaxa Qalski ləqəbli 45 yaşlı “qanuni oğru” Kaxa Parpaliya öldürüldüyü bildirilir. Yenicag.az “Praym-Kraym”a istinadla məlumatına görə, “qanuni oğru” saxlandığı Cəzaların İcrası üzrə Rusiya Federal Xidmətinin Omsk idarəsindəki kamerada ölü tapılıb. Qeyd olunur ki, Parpaliya 2018-ci ilin dekabrında polis və Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları tərəfindən həbs edilmişdi. Parpaliyanın ölümünün rəsmi səbəbi kimi insult göstərilsə də, “qanuni oğru”nun döyülərək öldürüldüyü iddia olunur. Onun həbs edildikdən sonra Omska göndərilməsi “ölümə bərabər hökm” kimi qiymətləndirilirdi.

Nə düşünürsən?