Azərbaycanda DƏHŞƏTLİ qəza: Maşın iki yerə parçalandı

  • 26.09.2020
  • 0

Goranboyda avtomobil toqquşmadan sonra parçalanıb. Hadisə Goranboy-Tərtər yolunun Xanqərvənd kəndindən keçən hissəsində baş verib. Hərəkətdə olan “VAZ 2106” və “VAZ 21 012” markalı minik maşınları toqquşub. Nəticədə 2 nəfər Səfiyarzad Səfiyar və Rafiq Mehdiyev xəsarət alaraq Goranboy rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Qəza zamanı “VAZ 2106” markalı avtomobil iki hissəyə bölünüb. Faktla bağlı araşdırma aparılır.

Nə düşünürsən?