Koronavirusa yoluxmuş şagirdlərin sayı artır

  • 25.09.2020
  • 91 baxış
  • 0

Bu gün ölkə üzrə 13 şagird, 7 məktəb heyəti koronavirusa yoluxub. Quba rayonunda 2 sinif lokal olaraq bağlanıb. Bu barədə "Xəzər Xəbər"ə məlumat verən Təhsil nazirinin müşaviri Rüstəm Ağayev bildirib ki, hazırda koronavirusa yoluxan bütün məktəblilərin vəziyyəti stabildir. Rüstəm Ağayevin sözlərinə görə, şagirdlər virusa məktəb daxilində deyil, daha çox kənar yerlərdə yoluxurlar. Yoluxma səbəbindən lokal olaraq bağlanan siniflərə gəlincə, qurum rəsmisi hazırda bunların sayının 9-a çatdığını deyib. Qeyd edək ki, yeni tədris ili başlayandan bu günə qədər 144 şagird, 49 məktəb heyətində koronavirus aşkarlanıb. Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Nə düşünürsən?