"Ermənistana sanksiya tətbiq edilməlidir"

  • 25.09.2020
  • 59 baxış
  • 0

''İşğal faktına və bu ərazilərdə edilən hüquqa zidd hərəkətlərə görə Ermənistana beynəlxalq sanksiyaların tətbiqi vacibdir''. Xezerxeber.az-ın məlumatına görə, bunu millət vəkili Elşad Mirbəşir ölkə başçısının BMT Baş Assambleyasındakı çıxışını şərh edərkən bildirib. Onun sözlərinə görə, Ermənistanın işğal edilmiş ərazilərə qanunsuz köçürmələr etməsi, bu ərazilərin talan edilməsi ilə bağlı kifayət qədər faktlar olsa da, beynəlxalq qurumlar hələ də səssiz qalır. Millət vəkilinin sözlərinə görə, BMT-nin Liviya ilə bağlı qəbul etdiyi qətnamədən bir neçə saat sonra NATO qüvvələri hərəkətə keçdi və Qəddafi hakimiyyətdən endirildi. Amma Qarabağla bağlı qəbul edilən qətnamələr illərdir ki, kağız üzərində qalıb. Elşad Mirbəşirin sözlərinə görə, Ermənistan Azərbaycana qarşı mütəmadi təxribat həyata keçirir və son hadisələr onu göstərir ki, bu ölkə böyük müharibəyə hazırlaşır. Əsas səbəb isə Ermənistanın özünü cəzasızlıq mühitində hiss etməsidir. Üstəlik Ermənistanda "Azərbaycanofobiya" və "Türkfobiya'' dövlət siyasəti olaraq həyata keçirilir ki, bu da çox təhlükəli tendensiyadır. Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Nə düşünürsən?